Türkiyə Azərbaycana yeni səfir göndərir

Türkiyə Azərbaycana yeni səfir göndərir
  13 İyun 2016    Oxunub:2070
Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişdirib.
Yeni böyükelçilər qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub. E. Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı (aparat rəhbəri) Meral Barlaş isə Argentinaya səfir göndərilib.(APA)

AzVision.az


Teqlər:  






Xəbər lenti