Türklər Almaniyadan qovulur
“Bu şəxslər Almaniyaya və alman hüquq sisteminə inteqrasiya olunmayıblar. Türklərin bu hərəkətləri yaşayış üçün icazəni uzatmamaqla bağlı qərarlarda nəzərə alınmalıdır”, - deyə G.Krings vurğulayıb.
G.Krings təhdid dolu xəbərdarlığında Almaniyada yaşayan türklərə Rəcəb Tayyib Ərdoğanla eyni düşüncədə olmamağı tövsiyə edib. Nazir türklərin Almaniyadan çıxarılacağını istisna etməyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqında qondarma erməni “soyqırım”ını tanıyan qətnaməyə səs verən türk əsilli millət vəkillərini sərt tənqid edib.
Kənan Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


