Azərbaycanın mezmoryanları, yaxud SOCAR-ın reklamı kimləri narahat edir?
Astrid Mezmoryan Fransada yaşayan erməni əsilli jurnalistdir. Son dövrlərdə adı tez-tez hallanır. Əsas hədəfi bütün ermənilər kimi Azərbaycan və azərbaycanlılardır.
Mezmryan özünün twitter səhifəsində başlatdığı #STOPSOCAR haştağı ilə məhşurlaşdı. Azərbaycandan da onu tək qoymadılar. Bir növ səsinə səs verdilər, SOCAR-a qarşı kampaniyanın alətinə çevrildilər.
Nə olmuş? Azərbaycanın SOCAR-ı 2016-cı il Avropa Çempionatının sponsorlarından biri olmuş.
Mezmoryanı qoyaq kənara. Yazını Mezmoryanın Azərbaycandakı uzantıları ilə davam etdirək. Bu bitlərin siyahısına gözəyarı diqqət etsək, hər şey aydın olacaq. Əli Kərimli, Gültəkin Hacıyeva, Gözəl Bayramlı...
Əli Kərimlinin xüsusi tanıtıma ehtiyacı yoxdur. AXCP adıyla hər yoldan keçənə arayış satır. Yəqin istədiyi odur ki, Avropada AXCP-ni reklam etsin və Suriya qaçqınlarına AXCP üzvü olmaqları haqqında arayış satsın.
Gültəkin Hacıyeva. Deputat olan vaxtı soyadına “bəyli” artırdı. Könlünə “bəy” olmaq düşüb və həvəslə əmisinə məxsus gips yatağını ələ keçirmişdi. İndi istəyir ki, Fransada stadionlarda “gips” adıyla satdığı tozu reklam etsin.
Gözəl Bayramlını bir az tanıtmağa ehtiyac var. Tanımayanlar tanıyanlardan onun haqqında soruşa bilər. Əli Kərimlinin otel biznesinə başçılıq edir. Şəriki yarıyolda qoyub, Avropaya üz tutdu. İndi deyəsən, işləri zəifləyib. O da istəyir ki, otelini reklam etdirsin.
Bunlar deyirlər ki, SOCAR niyə Avropa Çempionatının sponsorudur? Əslində onları maraqlandıran bu sual deyil, onları maraqlandıran qeyd etdiyim bizneslərinin reklamıdır.
Mezmoryanın bitlərindən çox danışdıq. Hər şirkətin özünün reklam, marketinq siyasəti var. Bu siyasətdə əsas xətti sponsorluq tutur. SOCAR-ın əsas bazarı Avropa olduğundan, bu cür strategiya qəbul ediləndir və alqışlanmalıdır.
Müqayisədən xoşum gəlməsə də, çempionatın digər sponsorlarının turnir üçün xərclədikləri vəsaitin qısa statistikasına nəzər yetirək.
Adidas: Təkcə oyunçuların forması üçün 4,5 milyon euro xərcləyib. Bura könüllülərin təhciz edilməsi üçün ayrılan vəsaiti əlavə edək. Könüllülərin sayı isə on minlərlədir.
Orange: Şirkət çempionatın, komandaların personalının bütün telekommunikasiya xərclərini öz üzərinə götürüb. Avropanın ən böyük mobil operatorlarından biridir. Bu çempionatda təkcə komandalar üçün xərclədiyi vəsait isə 100 milyon eurodan artıqdı.
Continental: Dünyanın bir nömrəli avtomobil şinləri istehsalçısıdır. Çempionatın əsas personalını təhlüküsiz daşınmasını üzərinə götürüb. Xərclədiyi məbləğ isə fantastik sayıla bilər: 200 milyon euro.
Amma nədənsə nə almanlardan, nə fransızlardan #STOPcontinental, #STOPorange kampaniyası aparan görmədim.
Siyahını uzatmaq olardı. Amma bilirəm ki, sizlərə maraqlı olan yazının birinci hissəsidir.







Vaxtında, Aydın, Lazımlı!


