`Vaxtilə bizə də təzyiq edirdilər..` - Siyavuş Novruzov

`Vaxtilə bizə də təzyiq edirdilər..` - Siyavuş Novruzov
  14 İyun 2016    Oxunub:2204
"İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri düzgün qurmalısan? Vaxtı ilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı siz də embarqolara qoşulun. Lakin biz buna etiraz etdik”.
AzVision.azxəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında İranla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var: “Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıyıq. Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub".

Deputat İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını deyib: "Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu qəti şəkikdə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi həmin dövlətlərin daxili işidir. Biz heç kimin işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşdırırıq. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti