Yaqub Mahmudov: `Həmin xanım mənə böhtan atır`

Yaqub Mahmudov: `Həmin xanım mənə böhtan atır`
  14 İyun 2016    Oxunub:8193
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov akademiyanın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyevanın “Kanal 13” internet televiziyasına verdiyi müsahibəyə münasibət bildirib.

AzVision.az Tarix İnstitutunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Y.Mahmudov Xatirə Quliyevanın onunla bağlı səsləndirdiyi fikirlərin tamamilə yalnış olduğunu deyib.

“Mənə Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən heç bir müraciət daxil olmayıb. Xatirə Quliyevaya gəldikdə isə bu xanımın mənə “Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların fəlsəfi-etik dərki (XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasının avtoreferatına rəy verilməsi barədə müraciət etməsi yadımdadır. Həmin xanımın avtoreferatına mən 2 səhifəlik müsbət rəy vermişəm. Bu xanımın mənə qarşı növbəti böhtan kampaniyasına qoşulmasına təəccüb etmirəm, çünki yaxşılıq etdiyim adamlardan pislik görməyə vərdiş etmişəm. Xatrə Quliyevaya isə növbəti dəfə də yaxşılıq etməyə hazıram!!!”.

AzVision.az



Teqlər:  





Xəbər lenti