Deputatın cavabı Ziyafət Əsgərovu əsəbləşdirdi

Deputatın cavabı Ziyafət Əsgərovu əsəbləşdirdi
  14 İyun 2016    Oxunub:3425
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclası zamanı millət vəkili Fuad Muradovla birinci vitse-spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.
AzVision.az-ın məlumatına görə, “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı vitse-spiker Ziyafət Əsgərov millət vəkili Fuad Muradovun fikirlərinə münasibətində deyib ki, sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?

Sonra çıxışını davam etdirən deputat torpaqlarla bağlı bölgələrdəki vəziyyətdən söz açıb.

Bundan sonra birinci vitse-spiker ironik şəkildə millət vəkilinə“ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.

F. Muradov isə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.

Bundan sonra vitse-spiker millət vəkilinin diqqətinə çatdırıb ki, siz hansısa kənd rayonundan seçilməmisiniz: “Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti