Bu gün 350 məhbus azadlığa buraxılıb

Bu gün 350 məhbus azadlığa buraxılıb
  15 İyun 2016    Oxunub:2649
Amnistiya aktı bu gün 350 məhbusa şamil edilib.
Bu barədəAzVision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Onlardan 216-sı Bakı şəhəri, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u qadındır.

Amnistiya aktının icrası Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın, Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata keçirilib.

Amnistiya aktının icrası davam edir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti