Azərbaycanda polis səfərbər edildi - VİDEO

Azərbaycanda polis səfərbər edildi - VİDEO
  16 İyun 2016    Oxunub:12335
İyunun 15-dən Azərbaycan polisi gücləndirimiş iş rejiminə keçib.
AzVision.az xəbər verir ki, bu barədə ANS TV-nin efirində daxili işlər naziri Ramil Usubov bildirib.

Onun sözlərinə görə, məqsəd Bakıda keçiriləcək "Formula 1" yarışlarında təhlükəsizliyin təmin edilməsidir: "Yarışın özündə təhlükəsizliyin təmin edilməsi üçün 3 minə yaxın daxili işlər əməkdaşı cəlb edilib. Bu 3 min adam yarış zonasında olacaq. Amma paytaxtda yarış günlərində təhlükəsizliyin təmin edilməsi üçün bütün Bakı qarnizonu cəlb edilib".

Ramil Üsubovun sözlərinə görə, həmin əməkdaşların bir hissəsi xüsusi geyimdə olacaq. Konkret olaraq, minə yaxın əməkdaş xüsusi zirehli jiletlər geyinəcək, fərqləndirici geyimdə olacaq.

Daxili işlər naziri “Formula 1” yarışlarına tamaşa etmək üçün gələcək vətəndaşlara tövsiyyələr də verib: “Tamaşa meydançalarına kəsici alətlər, tez alışan vasitələr, vətəndaşlara xəsarət yetirə biləcək bərk maddələr gətirmək olmaz. Kiçik butılkalarda su və şirə gətirmək olar, amma onların qabı şüşədən ola bilməz, plastik qablarda ola bilər”.



AzVision.az


Teqlər:  





Xəbər lenti