Azərbaycanda 1000 kişiyə 1007 qadın düşür

Azərbaycanda 1000 kişiyə 1007 qadın düşür
  16 İyun 2016    Oxunub:2748
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9739,2 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindəın AzVision.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

2016-cı ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 19,7 min nikah və 4,1 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1075 nəfər gələn və 488 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 587 nəfər təşkil edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti