`Bütün çətinlikləri geridə qoymuşuq` - Vitse-spiker

`Bütün çətinlikləri geridə qoymuşuq` -  Vitse-spiker
  16 İyun 2016    Oxunub:2125
“Azərbaycanın müstəqilliyi dönməz, dövləti isə əbədidir. 18 iyun ölkəmizdə Milli İnsan Hüquqları günüdür. Azərbaycan insan hüquqları sahəsində demokratik ölkələrin uzun illər ərzində əldə etdiklərini qısa müddətdə qazanıb”.
AzVision.az xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Ölkəmizin həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən biri olduğunu deyən B. Muradova qeyd edib ki, Azərbayca bu istiqamətdə bütün çətinlikləri geridə qoyub:

“Bu istiqamətdə qarşıya qoyulan vəzifə 1995-ci ildən ulu öndərin imzaladığı insan hüquqları ilə bağlı ilk dövlət proqramı ilə həyata keçirilməyə başlanıldı. 10 il müddətində həmin proqramın konkret nəticələri özünü göstərdi. Ümumiyyətlə, insan hüquqlarının qorunması ilə bağlı əldə olunan bütün uğurlar ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək 18 iyunun Milli İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı sənəd imzalayıb. Bu illər ərzində çox böyük işlər görülüb. Azərbaycanın bu sahədə xüsusi təcrübəsi var”.

B.Muradova 2001-ci ildə ölkəmizdə Ombudsman institutunun yaradıldığını xatırladıb: “Bu illər ərzində Elmira Süleymanova Ombudsman Aparatına rəhbərlik edib. O, bu istiqamətdə mühüm addımlar atır və lazımi işlər görülür. İnsan hüquqularının təmin edilməsi qanunverici bazadan asılıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti