`Azərbaycanda fəhlə çatışmır` - Nazir

`Azərbaycanda fəhlə çatışmır`  - Nazir
  16 İyun 2016    Oxunub:13664
“Azərbaycanda əksər fəhlə ixisasları üzrə çatışmazlıq mövcuddur”.

AzVision.az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O, bildirib ki, sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirib: “Son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik. Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu səhələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur”.

AzVision.az


Teqlər:  






Xəbər lenti