Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO

Ermənistanda deputatlar arasında dava düşdü - VİDEO
  16 İyun 2016    Oxunub:13186
Ermənistan parlamentində “Ermənistanda inzibati-ərazilərin bölünməsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında qalmaqal düşüb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi səsverməyə çıxarılmazdan öncə Ermənistanın sabiq baş naziri, müxalif deputat Qrant Baqratyan çıxış edib.

Eks-baş nazir bildirib ki, bu qanunu layihəsini hazırlayanlar Ermənistanın iqtisadi və sosial tarixi bilmirlər: “Bura Avropa deyil. Əgər bir kənddə ən azı 10 nəfər yaşasa belə, ora strateji məntəqə olaraq qalacaq, iki qəpik üçün bunu eləməyə dəyməz”.

Hakim Respublika Partiyasından olan deputat Vardan Ayvazyan keçmiş baş nazirin çıxşında etiraz edərək deyib ki, deputatlar qanundan başqa hər şeydən danışırlar.

Bu vaxt əsəblərini cilovlaya bilməyən Baqratyanın yerindən qışqırmağa başlayıb. Ayvazyan isə onu sakitləşdirməyə çalışıb: “Sakitləş, vunderkind”.

Baqratyan isə qəzəbli şəkildə çıxışına davam edib.

Daha sonra parlament spikeri Qalust Saakyan deputatları sakitləşməyə çağırıb. Lakin Baqratyan Ayvazyana hücum etmək istəyib. Həmkarı Xaçatur Kokobelyan onun qarşısını kəsib və Baqratyanı sakitləşdirib. Digər erməni deputatlar müdaxilə edərək qarşıdurmanın qarşısını almağa cəhd göstəriblər.

Sonda spiker deputatlara qəzəbli şəkildə bildirib: “Ya özünüzü deputat kimi aparın, ya da zalı tərk edin”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti