Şagirdin zorlanması haqda baş prokurora müraciət edilib

Şagirdin zorlanması haqda baş prokurora müraciət edilib
  16 İyun 2016    Oxunub:3242
Şamaxıda müəllimin şagirdi zorlaması faktı ilə bağlı Baş Prokurorluğa müraciət olunub.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Elmira Süleymanova deyib. O, bildirib ki, Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edilib.

E.Süleymanova qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Hazırda araşdırmaların nəticəsini gözləyirik”.

Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti