Laçının yeni icra başçısı kimdir? - ARAYIŞ

Laçının yeni icra başçısı kimdir? - ARAYIŞ
  16 İyun 2016    Oxunub:30636
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamına əsasən bu vəzifəyə Aqil Ağaxan oğlu Nəzərli təyinat alıb.
AzVision.az xəbər verir ki, Aqil Nəzərli 10 mart 1976-cı ildə Laçın rayonunun Güləbird kəndində anadan olub.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib.



A.Nəzərli 1999-cu ildən Laçın rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçının icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir. 3 mart 2016-cı ildən Laçın rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edib.

Ehtiyatda olan zabitdir. Ailəlidir, iki övladı var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti