Təbriz-Bakı-Tehran aviareysi açıldı
AzVision.az-ın məlumatına görə, bu barədə İranın azərbaycandakı səfiri Möhsün Pakayin jurnalistlərə açaqlamasında deyib.
Səfirin sözlərinə görə, reyslər həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər reallaşdırılacaq: “Təyyarə əvvəlcə saat 12:15 radələrində Tehrandan Bakıya uçacaq, 13:30-da Bakıda eniş etdikdən təxminən 1,5 saat sonra Təbrizə qayıdacaq. Ardınca bir qədər fasilə edərək yenidən Bakıya qayıdıb saat 18.00-da Tehrana istiqamət götürəcək. “Airbus 320" təyyarələri ilə yerinə yetirilən aviareysin biletinin qiyməti 180 manatdır”.
Səfir qeyd edib ki, "ATA Airlines" şirkəti gələcəkdə Bakı-Məşhəd reysinin açılmasını da planlaşdırır: “Bunun üçün lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonunadək bu reys də açılacaq”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


