Formula 1 `Park Cinema` ekranlarında

Formula 1 `Park Cinema` ekranlarında
  16 İyun 2016    Oxunub:2111
`Park Cinema`nın böyük ekranlarında Formula 1 yarışmasının həyəcanını yaşayın. Azərbaycanda ilk dəfə keçirilən Formula 1 yarışması, "Avropa Qran Prisi" Park Bulvar ticarət mərkəzində yerləşən `Park Cinema` kinoteatrında nümayiş etdiriləcək.
Ekranlarda birbaşa yayımı nümayiş olunacaq yarışlara tamaşaçılar rahat vəziyyətdə tamaşa edə biləcəklər. Böyük ekranda yarışa baxmaq üçün biletləri Park Bulvar ticarət mərkəzində yerləşən `Park Cinema` kinoteatrının kassalarında əldə etmək, həmçinin onlayn almaq sifariş etmək mümkündür. `Park Cinema` hər zaman tamaşaçı maraqlarını nəzərə aldığı üçün, biletlərin qiymətini minimal olaraq 5 AZN-ə endirdiyini bəyan edib. Onu da qeyd edək ki, Formula-1 yarışlarının keçirilməsi zamanı Park Bulvar adi rejimdə işləyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti