Buraxılış imtahanları başa çatıb

Buraxılış imtahanları başa çatıb
  17 İyun 2016    Oxunub:1396
İyunun 16-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhər və rayonlarındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 45 min 827 şagird (IX sinif üzrə 25 min 530, XI sinif üzrə 20 min 297) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb və 2 saat ərzində aparılıb. XI sinif şagirdləri üçün imtahan saat 15.00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində keçirilib.

İyunun 17-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılır ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi şagirdlər imtahana gələrkən sənədlərini gətirməyiblər. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə xatırladırıq ki, imtahanda aşağıdakı sənədlər tələb olunur: “İmtahana buraxılış vərəqəsi”; şəxsiyyəti təsdiqləyən sənədin əsli:

- 16 yaşı tamam olmayan və şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər bu sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).


AzVision.az


Teqlər:






Xəbər lenti