Müdafiə naziri yanında Apellyasiya Şurası toplanıb

Müdafiə naziri yanında Apellyasiya Şurası toplanıb
  17 İyun 2016    Oxunub:1181
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar müdafiə naziri yanında yaradılan Apellyasiya Şurasının iyunun 16-da iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə daxil olan məsələyə Şura üzvləri tərəfindən baxılaraq yekdilliklə qərar qəbul edilib.

Azərbaycan Respublikasının müdafiə naziri yanında Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, iclasın gedişi barədə protokol tərtib olunub və gündəlikdəki məsələnin müzakirəsi prosesinin videoçəkilişi tam həyata keçirilib.

AzVision.az


Teqlər:






Xəbər lenti