Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın - VİDEO

Ərəb ölkələrindən və MDB-dən Bakıya böyük axın - VİDEO
  17 İyun 2016    Oxunub:3552
Sabah başlayacaq "Formula 1" yarışları ilə əlaqədar şəhərimizdə turistlrəin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Turistlər ən çox milli mətbəximizə, qədim abidələrimizə maraq göstərirlər. Müşahidələrimizdən bu nəticəyə gəldik ki, ərəb ölkələrindən, MDB ölkələrindən gələn turistlərin sayı daha çoxdur. Rusiya-Turkiyə arasında əsən soyuq küləklər Rusiyadan Azərbaycana turist axınını gücləndirib.

“Bakıya biz birinci dəfədir ki, Qazaxıstandan gəlmişik. Dünən gəlmişik, hələ ki, hər şey xoşuma gəlir”,- deyə turist Vladimir Boqdan bildirib.

Onun xanımı Alyona Sorbenko isə deyib: "Mən də ərimin sözlərinə qoşuluram. Çox gözəl, heyrətamiz şəhərdir".

Əslində turistlərin rahatlığı, gəzməsi üçün hər bir şərait yaradılıb. Şəhərimizin qonaqlarının istədikləri ərazini rahat gəzməsi üçün Bakıda, demək olar ki, hər addımda üzərində ingilis dilində "məndən soruşun", "sizə kiömək edə bilərik" kimi şüarlar yazılan bələdçilərə rast gəlmək olur.

Nahar vaxtı tursitlər ən çox milli mətbəximizə maraq göstərirlər. Məsələn, kanadalı Tomu Bakıda çox sağlam qidanın olması sevindirib. "Buradakı insanlardan, iqlimdən həzz alıram. Yeməklər çox sağlamdır",- deyə Tom Vaylent bildirib.

Rus turist Aleksey Yureviç isə bildirib: "Mən insanlarının bu qədər qonaqpərvər olduğu ikinci belə bir şəhərdə olmamışam. Bu çox xoşdur. Şəhər çox maraqlı və qədim şəhərdir".

"Formula 1" Bakı Halqası Şirkəti yarışlar başlanmazdan əvvəl ən gec iyun aynının 13-də "Formula" suvenirlərinin satışa çıxarılacığını bəyan etmişdi. Amma bu gun İçərişəhərdə "Formula 1"ə aid bir dənə də olsun suvenirə rast gəlmədik. Ancaq bir-iki satış nöqtəsində üzərində «Formula 1» loqosu əks olunan köynəklər satılırdı.(Ans)



AzVision.az


Teqlər:





Xəbər lenti