Dünya ulduzu Bakıda - Möhtəşəm şou olacaq

Dünya ulduzu Bakıda - Möhtəşəm şou olacaq
  17 İyun 2016    Oxunub:8879
Məşhur amerikalı müğənni Kris Braun Bakıya gəlib.
AzVision.az xəbər verir ki, Kris Braun “Formula -1” Avropa Qran-Prisinin konsert proqramında çıxış edəcək.

O, bu gün axşam saat 20:00-da özünün enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qatacaq.

Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti