Sabah seçkidir - Ağdaşın deputatı kim ola bilər?

Sabah seçkidir - Ağdaşın deputatı kim ola bilər?
  17 İyun 2016    Oxunub:3999
Sabah Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər keçiriləcək.
AzVision.az-ın məlumatına görə, səsvermə iyunun 18-də saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

Seçki dairəsi üzrə qeydə alınan 7 namizəd Ağdaşın deputatı olmaq üçün mübarizə aparacaq.



90 saylı Ağdaş seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb.

Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib.

Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti