`Formula-1` yarışları üçün 42 tibbi briqada ayrılıb

`Formula-1` yarışları üçün 42 tibbi briqada ayrılıb
  17 İyun 2016    Oxunub:3597
“Formula 1” Avropa Qran Prisi yarışması ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yerlərə təyin olunmuş briqadaları növbəli şəkildə işləyir.
Bu barədə AzVision.az-a stansiyanın baş həkimi Rauf Nağıyev deyib. O qeyd edib ki, ümumilikdə 42 tibbi briqada tapşırıq üzrə fəaliyyət göstərir.

“12 briqada trasda idmançılara xidmət göstərir. Tamaşaçılar üçün 15 briqada nəzərdə tutulub ki, onlardan 6-sı tibbi maşınlarda, 9-u nəzərdə tutulan tibbi məntəqələrdədir”.

R.Nağıyev vurğulayıb ki, qapalı iki zonanın hər birində 3 briqada xidmət aparacaq. Bunlar da əhali üçündür

“Metropolitenin müraciətinə görə, iki birqada "Sahil", "İçərişəhər" metrostansiyaları ətrafında növbətçilik çəkir. Bundan əlavə bir birqada da Olimpiya kəndində dayanıb”.

Aytən Zəhra
AzVision.az



Teqlər:  






Xəbər lenti