Deputatlar AŞPA-nın yay sessiyasına gedir

Deputatlar AŞPA-nın yay sessiyasına gedir
  17 İyun 2016    Oxunub:1436
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-dək Strasburqda səfərdə olacaqlar.
Parlamentdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildir.

Sessiya dövründə assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti