Naxçıvanda 9 məhbus azadlığa buraxılıb

Naxçıvanda 9 məhbus azadlığa buraxılıb
  18 İyun 2016    Oxunub:2167
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəza- çəkmə Müəssisəsində tədbir keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə Penitensiar Xidmətin şöbə rəisi Əli Səfərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən tədbirlər nəticəsində humanizm prinsiplərinə dayanan qanunlar qəbul olunub, cəzaçəkən şəxslərin yaşayış şəraitləri yaxşılaşdırılıb. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur.

Şöbə rəisi qeyd edib ki, dövlətimizin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşub.

Qeyd olunub ki, 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarına əsasən, muxtar respublikada 9 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 1 məhkumun isə cəzası yüngülləşdirilib. Tədbirdə azad olunanlara sənədləri təqdim edilərək uğurlar arzu edilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlə- timizə minnətdarlıqlarını bildiriblər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti