Enrike İqlesias Bakıdadır - FOTO

Enrike İqlesias Bakıdadır - FOTO
  18 İyun 2016    Oxunub:8400
Dünyaca məşhur müğənni Enrike İqlesias Bakıya gəlib.
AzVision.az-ın məlumatına görə, pərəstişkaları sosial şəbəkədə Enrikenin şəkilini paylaşıb və onun Bakıda olduğunu bildiriblər.

Qeyd edək ki, İqlesias bu gün axşam saatlarında Bakıda konsert proqramı ilə çıxış edəcək.

“Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti