Saat 17:00 - Ağdaşda 19532 seçici səs verib

Saat 17:00 - Ağdaşda 19532 seçici səs verib
  18 İyun 2016    Oxunub:1337
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 17.00-dək 40 min 203 seçicidən 19 min 532-si səs verib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun məlumatına görə, bu, 48,6 faiz seçici fəallığı deməkdir.

Xatırladaq ki, bu gün saat 08:00-da 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə səsverməyə start verilib.

Səsvermə saat 19:00-da başa çatacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti