Prezident Jan Todu qəbul edib

Prezident Jan Todu qəbul edib
  20 İyun 2016    Oxunub:1366
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.
AzVision.az-ın məlumatına görə, J. Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

“Formula-1” yarışının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

AzVision.az


Teqlər:






Xəbər lenti