Azərbaycanın ən təhlükəli sürüşmə sahəsi
Onun sözlərinə görə, son zamanlar yağışların intensivləşməsi ilə əlaqədar olaraq, Basqal-Sulut yolunun 10-cu kilometrliyində yaranan yeni sürüşmə ocağı Sərsurə kəndinin girişindən başlayır: “Bu sürüşmə müəyyən qədər kəndə yaxınlaşaraq 7 evə ziyan vurub və orada yaşayanlar ərazidən köçürülüb. Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Bu kəndlərə gediş-gəlişi bərpa etmək üçün Basqal-Sulut yoluna alternativ yolun çəkilməsi qərarına gəlinib. Əgər həmin yol istifadə edilərsə, orada yenidən sürüşmə-uçqun hadisəsi təkrarlana bilər”.
Ə.Piriyev qeyd edib ki, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyindəki yeni sürüşmə ocağının uzunluğu 750-800 metr, eni isə 350-400 metrdir. Xüsusiyyətlərinə görə iki bloka ayrılan sürüşmə ərazisindəki hər blokun üzərində uzunluğu 20-75 metr, eni isə 12-140 sm olan çatlar var.
Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə yolun 750-800 metrlik hissəsinin 350-400 metrlik hissəsi sürüşmə nəticəsində tam qəzalı vəziyyətdədir.
Ə.Piriyev əlavə edib ki, Quba-Xınalıq avtomobil yolunun 37-47-ci km-də nisbi aktivləşmə qeydə alınıb və uçqun-töküntü prosesi baş verib. Bakı-Şamaxı yolunun 106-111-ci km-də, Bakı-Ağsu avtomobil yolunun 132-156-cı km-də olan sürüşmə sahələrində müəyyən qədər aktivləşmə müşahidə edilib, sürüşmə bloklarında çatların genişlənməsi qeydə alınıb. Masazır sürüşmə sahəsində mövcud çatların enində 2,5-3,2 sm genişlənmə qeydə alınıb. Sürüşmə kütləsinin dinamikasında aktivləşmənin olduğu nəzərə çarpır. Digər sürüşmə ərazilərində isə stabillik müşahidə olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


