Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

Bu gün “Qarabağ”ın rəqibi bilinəcək
  20 İyun 2016    Oxunub:2271
Bu gün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılacaq.
AzVision.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edən Azərbaycan çempionu "Qarabağ”ın da II təsnifat mərhələsindəki rəqibinin adına bu gün aydınlıq gələcək.

I təsnifat mərhələsi

Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Torshavn” (Farer adaları), “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Tre Penne” (San-Marino)

II təsnifat mərhələsi

Səpələnmişlər: "Qarabağ” (Azərbaycan), "Zalsburq” (Avstriya), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Legiya” (Polşa), "Dinamo” (Zaqreb, Xorvatiya), "Ludoqorets” (Bolqarıstan),"Kopenhagen” (Danimarka),"Rusenborq” (Norveç), "Astana” (Qazaxıstan), "Skenderbeu” (Albaniya), "Srvena Zvezda” (Serbiya), "Dinamo” (Tiflis, Gürcüstan), "Hafnarfyorfur” (İslandiya), "Trençin” (Slovakiya), "Şerif” (Moldova)

Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Ddüdelanj” (Lüksemburq), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlanaiya), SJK (Finlandiya), , “Norçepinq” (İsveç), “Kruzaders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), “Liepaya” (Latviya), I təsnifat mərhələsinin 4 cütü.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti