`Putin topu bizim meydana atır` - Operativ şərh
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür: “Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü başlamamış Kreml artıq Azərbaycana mesaj göndərib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədi kimi “hərbi əməliyyatların bərpasından sığortalanmaq” olduğunu göstərib. Bəs münaqişənin həlli? Hazırki mərhələdə (bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir) Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


