ANAMA 8 partlayış yerini yoxlayıb

ANAMA 8 partlayış yerini yoxlayıb
  20 İyun 2016    Oxunub:1229
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Füzuli və Tərtər rayonlarında 3 əkin sahəsi, su kanalı və 8 partlayış yerinə baxış keçirilib.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, baxış zamanı Tərtər rayonunda 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 9050 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 20 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 540 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti