`Maşın yanımdan elə keçdi ki, başım fırlandı` - Millət vəkili
Deputat Bakıda keçirilən yarışdan böyük zövq aldığını deyib: “Yarışları balkondan izləyirdim. Qeyri-adi bir mənzərə idi. Yarış maşınlarını həddən artıq yaxından izləyə bilirdim. Hətta maşınlar bir neçə metrliyimdən sürətlə keçirdi. Maşınlara baxanda başım fırlanırdı. Amma yarış çox füsünkar idi, böyük zövq aldım. Eyni zamanda bu yarış ölkənin tanınması baxımından böyük önəm daşıyır. “Formula -1”in Bakıda keçirilməsi böyük hadisədir”.
Millət vəkili qeyd edib ki, ermənilər Azərbaycanda keçirilən yarışlara həsrətlə baxırlar: “Rusiyada yaşayan ermənilər Bakıda keçirilən yarışlara baxdıqca ağlayırdılar. Azərbaycan bu yarışı keçirməklə düşmənlərinə göz dağı verdi”.
Gələcək yarışlarda evinin balkonunu icarəyə verib-verməyəcəyinə gəlincə, deputat qeyd edib: “Əlbəttə, evimin balkonunu icarəyə verməklə bağlı təkliflər var idi. Oğlum bu barədə mənə xəbər verdi, mən razı olmadım. Belə işlər mənlik deyil. Evimin balkonunu icarəyə verə bilmərəm. Bəzi qonşularım balkonlarını icarəyə vermişdilər. Oradan Rusiya, Şotlandiya və digər ölkələrdən olan əcnəbilər balkonları icarəyə götürmüşdülər”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


