Naxçıvanda ordu döyüş hazırlığına gətirildi - FOTOLAR

Naxçıvanda ordu döyüş hazırlığına gətirildi - FOTOLAR
  20 İyun 2016    Oxunub:4050
İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimi izləyib. Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: `Torpaqlarımızın müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur. Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir. Xalq-ordu birliyi vardır. İnsanlar sizə güvənərək rahat yaşayır. Hər bir hərbi qulluqçu da bilməlidir ki, onun arxasında güclü dövlətimiz və xalqımız dayanıb`.







AzVision.az




Teqlər:






Xəbər lenti