YAP-dan Sankt-Peterburq görüşünə ilk reaksiya

YAP-dan Sankt-Peterburq görüşünə ilk reaksiya
  21 İyun 2016    Oxunub:3002
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünü şərh edib.
YAP rəsmisi hesab edir ki, görüşün nəticəsi olaraq üç məqam diqqəti cəlb edir:

1. Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi.

2. Görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər.

3. Hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər.

Qeyd edək ki, ötən gün Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər

AzVision.az


Teqlər:





Xəbər lenti