`Nardaranlılar mənə zəng edib, təşəkkür etdilər`- Şeyx

`Nardaranlılar mənə zəng edib, təşəkkür etdilər`- Şeyx
  21 İyun 2016    Oxunub:2583
“Azərbaycan prezidenti İlham Əliyevin Nardarana getməsi sakinlərə böyük ruh yüksəkliyi bəxş edib”.
AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Şeyx bildirib ki, Nardaranlılar hər zaman dövlət siyasətini dəstəkləyiblər: “Prezidentin Nardarana getməsi onu göstərir ki, Azərbaycanın hər bir guşəsi əzizdir. Nardaranlılar həmişə ölkə başçısını, dövlət siyasətini dəstəkləyirlər”.

“Nardaran sakinləri sonra mənə zəng edərək təşəkkürlərini bildirdilər. Onlar həmişə ölkə başçısının siyasətini dəstəkləyiblər. Bundan sonra da belə olacaq”- Şeyx vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti