Mərkəzi Çağırış Komissiyasının tərkibi təsdiqləndi

Mərkəzi Çağırış Komissiyasının tərkibi təsdiqləndi
  21 İyun 2016    Oxunub:3927
Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"ni və "2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü"nü təsdiq edib.
AzVision.az xəbər verir ki, baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Nəqliyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına 2016-cı il iyulun 1-dən 30-dək Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmələri tapşırılıb.

Mərkəzi Çağırış Komissiyasının sədri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Komissiya sədrinin müavini müdafiə nazirinin müavini Kərim Vəliyev, Komissiyanın üzvləri səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov, ədliyyə nazirinin müavini Toğrul Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov və Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini Niyazi Hacıyev təyin ediliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti