Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb

Azərbaycan Rusiyaya pomidor ixracını kəskin artırıb
  21 İyun 2016    Oxunub:2047
Hazırda Rusiya bazarında pomidorların 7,4%-i Azərbaycanın payına düşür. Halbuki, ötən il bu göstərici 1% olub.
İxrac etdiyimiz pomidorun qiymətində azalma müşahidə olunur. Belə ki, ötən ilin I rübündə Rusiyaya ixrac olunan pomidorun 1 tonu 1240 dollara rəsmiləşdirilirdisə, bu ilin analoji dövründə bu rəqəm 1120 dollara enib.

Rusiya Türkiyəyə embarqo tətbiq etdikdən sonra sözügedən bazarın mütləq lideri Mərakeşdir. Rusiyaya idxal olunan pomidorların 56,6%-i Afrika ölkəsindən gətirilir. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 17,3% olub. (APA)

AzVision.az


Teqlər:






Xəbər lenti