`Farel Vilyams Bakıda siyasi şüarlar səsləndirməyib` - Açıqlama

`Farel Vilyams Bakıda siyasi şüarlar səsləndirməyib` - Açıqlama
  21 İyun 2016    Oxunub:5042
Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula-1” yarışları zamanı paytaxtda konsert proqramı ilə çıxış edən məşhur müğənni Farel Vilyamsla bağlı müxalifət KİV-lərinin yaydığı məlumatlara aydınlıq gətirib.
Nigar Arpadarai AzVision.az-a açıqlamasında Farel Vilyamsın Bakı konserti zamanı siyasi şüarlar səsləndirməsi haqda yayılan informasiyaların həqiqətə uyğun olmadığı deyib.

“Farel Vilyams konsertdə heç bir siyasi mənalı ifadələr işlətməyib. O, sadəcə olaraq məşhur mahnılarını ifa edib. Fikirimcə, orada siyasi məna yoxdur. Deyilənlər tamamilə şayiə və əsassızdır.

Farel Vilyams öz istəyi ilə Azərbaycana gəlib, burada möhtəşəm konsert proqramı ilə çıxış edib. İstəməsəydi, Bakıya gəlməzdi. Onları heç kim məcbur etməyib. Farel Bakıya gəldiyindən məmnun olduğunu deyirdi. O, bizimlə görüşdü. Hər şey qaydasında idi. Heç bir problem, narazılıq yox idi. Sadəcə deyə bilərəm ki, yayılan məlumatlar mənasızdır. Bu informasiyalar hansısa etibarsız mənbələr tərəfindən yayılıb”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:






Xəbər lenti