Üçəmlərdən sağ qalanı reanimasiyaya yerləşdirildi

Üçəmlərdən sağ qalanı reanimasiyaya yerləşdirildi
  21 İyun 2016    Oxunub:1673
Salyanda doğulan üçəmlərdən sağ qalanı reanimasiyaya yerləşdirilib.
Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, körpənin həyatı təhlükəsi qalmaqda davam edir:

“Böyük risk var. Amma çalışacayıq ki, körpə sağ qalsın. Doğuş vaxtından əvvəl olub, körpənin bədən çəkisi normaldan 3 dəfə azdır”.

Baş pediatr bildirib ki, körpədə marfofunksional yetişməzlik olduğu üçün ona lazım olan bütün tibbi yardım göstərilir.

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti