Sabahdan metro yeni qrafiklə işləyəcək
Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalla təşkil edilir.
Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də "28 May" stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edirlər.
Qeyd edək ki, "Həzi Aslanov" stansiyasından hərəkət edən qatarlarda interval "Bakmil-Nərimanov" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarlarda metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.
Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.
AzVision.az
Teqlər: