486 müəllim imtahandan imtina edib - Nazirlik

486 müəllim imtahandan imtina edib - Nazirlik
  22 İyun 2016    Oxunub:2938
16-17 iyun tarixlərində mərkəzləşmiş qaydada keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76.93%) imtahanda iştirak edib.
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstərib.

Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləridir.

Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqədə keçid balı toplayan müəllimlər üçün vakansiya seçimi mərhələsi keçirilir. Növbəti mərhələ müsahibə mərhələsi olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:






Xəbər lenti