Ailəsi Orxan Zeynalovdan xəbər ala bilmir
Atasının sözlərinə görə, bir neçə aydır ki, onlar Orxan Zeynalovdan xəbər ala bilmirlər: “Ekstardisiya üçün lazım olan bütün sənədlər Ədliyyə Nazirliyinə göndərilib, amma prosseslə ilə bağlı bizə mlumat verilmir. Orxana görə çox narahatıq. Orxanın telefonla danışmasına da icazə verilmir. Bilmirik ki, onun vəziyyəti necədir. Bəlkə də başına iş gəlib. Əvvələr Rusiyadakı qohumlarımız ona baş çəkirdilər. İndi isə oğlumdan xəbər yoxdur. Yaxın günlərdə Rusiyaya gedəcəyəm”-deyə Z.Zeynalov vurğulayıb.
Atası O.Zeynalovla sonuncu dəfə keçən il görüşdüyünü deyib: “Sonuncu dəfə Orxanı görəndə vəziyyəti normal idi. Görüşə 3 aydan bir icazə verilir. Ona görə tez-tez onu görmək mümkün deyil”.
Qeyd edək ki, Orxan Zeynalov Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


