`Prezidentlərin görüşü münaqişənin həllinə təkan verdi` - Brayza

`Prezidentlərin görüşü münaqişənin həllinə təkan verdi` - Brayza
  22 İyun 2016    Oxunub:2429
Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb.
AzVision.az xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, görüşdən sonra münaqişənin həllində sıçrayış və qlobal dəyişikliklər gözlənilmirdi: "Görüş mayın 16-də Vyanada əldə edilən nəticələri möhkəmləndirdi. ATƏT müşahidəçilərinin sayını artırmaq qərara alındı”.

M.Brayza deyib ki, Rusiya Prezidenti Vladimir Putin görüşdə iştirakı etməklə sülhməramlı imicini qoruyub möhkəmləndirmək və Rusiyaya qoyulmuş sanksiyalar baxımından Aİ-yə təsir etmək istəyir: “Vladimir Putinin görüşdə iştirakını müsbət qiymətləndirmək olar, axı nəticə etibarilə, görüş ATƏT-in Minsk Qrupu çərçivəsində keçirilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti