Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
  22 İyun 2016    Oxunub:1451
İyunun 23-də saat 10:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 14:00-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə AzVision.az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:  






Xəbər lenti