ABŞ səfirindən prezidentlərin görüşünə münasibət

ABŞ səfirindən prezidentlərin görüşünə münasibət
  23 İyun 2016    Oxunub:1779
"Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş üçtərəfli görüş zamanı əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfirin sözlərinə görə, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: "Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar. Burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

AzVision.az


Teqlər:  






Xəbər lenti