ABŞ səfirliyi iftar verdi
Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iftar mərasimi təşkil etməkdən şərəf duyduğunu bildirib. Diplomat Azərbaycanda dini icmalar arasında həmişə qarşılıqlı hörmət mühitinin olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Ramazan ayı insanlara etiqad, ibadət, o cümlədən ehtiyacı olanlara kömək etmək üçün dərindən düşünmək imkanı verir. Ramazan ayı insanları mərhəmətli olmağa səsləyir. Bu mərasimi qeyd etdiyimiz zaman Azərbaycanda dini icmalar arasında dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin şahidi oluruq.
Diqqətə çatdırılıb ki, ABŞ-da üç milyonluq müsəlman icması yaşayır. Onlar Amerika cəmiyyətinin bir hissəsidir və ölkənin həyatında yaxından iştirak edirlər.
Sonda dualar oxunub və iftar verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


