İran-Azərbaycan sərhəddində zəlzələ

İran-Azərbaycan sərhəddində zəlzələ
  23 İyun 2016    Oxunub:1762
İran Azərbaycan sərhəddində yenidən zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, iyunun 22-də yerli vaxtla axşam saat 20:56-da Naxçıvandan 86 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 2 kilometr olub.

Qeyd edək ki, ilk zəlzələ iyunun 22-i yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.

AzVision.az


Teqlər:  






Xəbər lenti