Sabah Milli Məclisdə 9 məsələyə baxılacaq

Sabah Milli Məclisdə 9 məsələyə baxılacaq
  23 İyun 2016    Oxunub:1447
Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının son iclası keçiriləcək.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O, bildirib ki, iclasın gündəliyinə 9 məsələ daxildir:

Vergi Məcəlləsinə dəyişiklik;

Miqrasiya Məcəlləsinə dəyişiklik;

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Mülki Məcəlləyə dəyişiklik;

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik;

Mülki Prosesual Məcəlləyə dəyişiklik;

"İcra haqqında" qanuna dəyişiklik.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti