Prezident Azər Qasımovu təltif etdi

Prezident Azər Qasımovu təltif etdi
  23 İyun 2016    Oxunub:2861
Azərbaycan Prezidenti İlham Əliyev Azər Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Azər Qasımov prezidentin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti