Prezidentdən baş nazir və nazirlə bağlı Sərəncam

Prezidentdən baş nazir və nazirlə bağlı Sərəncam
  23 İyun 2016    Oxunub:7251
Azərbaycan prezidenti İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, N. Novruzov Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Niyazi Novruzov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Əlövsət Baxşıyev isə Naxçıvan Muxtar Respublikasinin Baş Naziri vəzifəsini icra edir.

AzVision.az


Teqlər:  






Xəbər lenti